May 26, 2021 16:51 Asia/Baku
  • Qalibaf yenidən İran parlamentinin sədri seçilib

Məhəmməd Baqir Qalibaf İran İslam Şurası Məclisinin sədrliyinə keçirilən parlament daxili səsvermədə bu məclisin sədri seçilib.

SəhərAzəri-nin məlumatına əsasən, 11-ci çağırış İran İslam Şurası Məclisinin rəyasət heyətinin təyin edilməsi üçün ikinci səsvermə bu gün keçirilib. 

Bu səsvermədə İran İslam Şurası Məclisinin hazırkı sədri Məhəmməd Baqir Qalibaf 230 səslə yenidən bu məclisin sədri seçilib.

Eyni zamanda, deputatlar rəyasət heyətinin üzvlərini seçiblər. Belə ki, Əli Nikzad 206 səslə spikerin birinci müavini, Əbdürrza Misri isə 205 səslə spikerin ikinci müavini seçilib.

İran parlamentinin sədri ildə bir dəfə parlament üzvlərinin səsi ilə seçilir.

Teqlər