May 27, 2021 15:37 Asia/Baku
  • Əgər namizədlər xalqı qane edərlərsə, iqtisadi problemləri həll etməyə qadirdirlər

İslam İnqiabının Böyük Rəhbəri xalqa xitabən deyiblər ki, seçki məntəqələrinə getməməyə rəvac verən kəslərin xalqa ürəkləri yanmır. Xalqa ürək yandıran kəs xalqa seçki məntəqələrinə getməyi qadağan etməz.

SəhərAzəri-nin məlumatına əsasən,İslam İnqiabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İran İslam Şurası Məclisinin sədri və üzvləri ilə video formatda keçirilən görüşdə çıxış ediblər.

O həzrət seçkilərlə bağlı son məsələlər barədə olan bu mühüm çıxışda namizədlərin seçki proqramlarında xalqın məişət və iqtisadi problemləri haqda dəqiq və real həll yollarının bəyan edilməsini seçkilərdə iştirak stimulunun artmasında əsas amil adlandırıblar.

İslam İnqiabının Böyük Rəhbəri seçki rəqabətləri ilə bağlı zəruri və qeyri-zəruri məsələləri bəyan edərək vurğulayıblar ki, seçkilərin təsiri illər boyu xalqın və ölkənin həyatına kölkə salacaq; ümid edirəm ki, 18 iyun seçkiləri düşmənlərin istədiklərinin əksinə olaraq, İranın abrı, izzəti və başıucalığı mənbəyi olacaq.

O həzrət on birinci parlamentin fəaliyyətinin ikinci ilinin başlanğıcında həyata keçən bu görüşdə həmçinin xalqın İran İslam Şurası Məclisindəki nümayəndələrinə «faydalı və xəlqi olmaq», «intensiv səy», habelə «inqilabçı və aqilanə hərəkət» kimi özəlliklərin davam etməsi üçün tövsiyələr verərək bildiriblər ki, bütün məclislər, böyük İmamın buyurduqları kimi, özlərini xalqın çoxsaylı və parlaq fəzilətlərinin nəticəsi qərar verməlidirlər.

Həzrət Ayətullahuluzma Xamenei qeyd ediblər ki, bəzi şəxslərin səlahiyyət qazana bilməmələri, onların səlahiyyətsiz olmaları demək deyildir. Əslində bu, o deməkdir ki, Nigəhban Şurası öz məlumatları və imkanlarına görə, həmin şəxslərin səlahiyyətlərini müəyyən edə bilməyibdir, yoxsa həmin şəxslər daha yüksək səlahiyyətə də malik olmuş ola bilərlər.

Həzrət Ayətullahuluzma Xamenei düşmənlərin inqilabın qələbəsinin əvvəlindən, xüsusən Əsas Qanunun dəyişdirilməsindən və dövlətin idarəsi üzrə icra vəzifələrinin prezidenti həvalə olunmasından sonra seçkilərə qarşı olduqlarına işarə ilə belə deyiblər: Bu 42 ildə düşmənlərin təbliğat üzrə iş gündəmi belə olubdur ki, seçkilərdən öncə deyirlər ki, xalq seçkilərdə iştirak etməyəcək. Xalqın seçkilərdə iştirak etməsindən sonra isə deyirlər ki, seçkilər mühəndisləşdirilmişdi; prezident seçilən şəxs barədə də deyirlər ki, onun ixtiyarı yoxdur.

O həzrət vurğulayıblar ki, bütün bu təbliğatlara və düşmənçiliklərə rəğmən, hamının vəzifəsi budur ki, Allah-Taalanın razılığı və şəri borc olan məsələni izləyək və vəzifəmizi yerinə yetirək.

Teqlər