İyun 02, 2021 23:06 Asia/Baku

İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələri bir bəyanat yayaraq, "Xark" gəmisini xilas etmə səylərinin uğursuz olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir ki, 24 saatlıq hərtərəfli səylərə və dənizdə yardım imkanlarından istifadəyə rəğmən, alovun müxtəlif sektorlara yayılması səbəbindən "Xark" logistika-təlim gəmisini xilas etmə əməliyyatları uğursuz olub və bu gəmi Caskın ətrafında batıb.

"Xark" gəmisi 40 ildən çox bir müddətdə təlim sahəsindəki əməliyyat missiyalarında istifadə edilmişdi.

Bir neçə gün əvvəl açıq sularda ezamiyyətə göndərilən bu gəmi çərşənbə axşamı Cask limanı yaxınlığında yanğına məruz qalıb ki, gəminin zədələnməsinə nəzarət qrupunun iştirakı ilə, yanğınla mübarizə ilə yanaşı, təlimdə olan bütün heyət təhlükəsiz şəkildə sahilə təxliyə edilib, bu hadisədə insan tələfatı olmayıb. 

Teqlər