İranın energetika naziri Rusiyaya səfər edib
https://azeri.sahartv.ir/news/İran-i377630-İranın_energetika_naziri_rusiyaya_səfər_edib
İranın energetika naziri Rza Ərdəkaniyan bir heyətə başçılıq edərək, 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək məqsədilə bu şəhərə səfər edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 02, 2021 18:49 Asia/Baku
  • İranın energetika naziri Rusiyaya səfər edib

İranın energetika naziri Rza Ərdəkaniyan bir heyətə başçılıq edərək, 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək məqsədilə bu şəhərə səfər edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ərdəkaniyan bu səfərdə Rusiyanın energetika naziri ilə görüşüb, İran-Rusiya Ticarət Əməkdaşlıqları üzrə Daimi Komissiya çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlıqların son durumunu müzakirə edəcək.

İranın energetika naziri, həmçinin Sankt-Peterburq forumu çərçivəsində Avrasiya İqtisadi Komissiyanın baş katibi Mixail Myasnikoviç ilə görüşüb, azad ticarət zonasının yaradılmasına dair əldə olunan müqavilə çərçivəsində İranın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıqlarını, habelə İranın bu ittifaqa daimi üzvlüyü prosesini müzakirə edəcək.