İran seçkiləri üzrə 10 mindən çox seçki məntəqəsi artırılıb
https://azeri.sahartv.ir/news/İran-i377659-İran_seçkiləri_üzrə_10_mindən_çox_seçki_məntəqəsi_artırılıb
İranın seçki qərargahının katibi ölkədə keçiriləcək qarşıdakı prezident seçkilərində səhiyyə protokollarına riayət məqsədilə, seçki məntəqələrinin sayının artırılmasından xəbər verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 03, 2021 12:59 Asia/Baku
  • İRANDA SEÇKİ MARAFONU
    İRANDA SEÇKİ MARAFONU

İranın seçki qərargahının katibi ölkədə keçiriləcək qarşıdakı prezident seçkilərində səhiyyə protokollarına riayət məqsədilə, seçki məntəqələrinin sayının artırılmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən,Seyyd Esmail Mousəvi dünən İran Daxili İşlər Nazirliyinin seçki şövqü yaratmaq üzrə proqramları barədə «İran Press» xəbər agentliyi ilə müsahibədə bildirib ki, ötən dövrlə müqayisədə/ və xalqın koronavirusdan irəli gələn narahatlıq olmadan/ seçki məntəqələrində iştirak etməsi üçün on mindən çox şöbə əlavə edilib.

İranda on üçüncü prezident seçkiləri 18 iyun 2021-ci il tarixində keçiriləcək.