İyun 04, 2021 17:10 Asia/Baku
  • İdarəçilik zəiflikləri və faydasızlığın əvəzinin çıxılması yolu, düzgün seçkidir

İslam İnqilabının Böyük Rəhbəri, İmam Xomeyni(r.ə)-in xalqın bütün təbəqələrinin seçkilərdə iştirakı vacibliyinə dair daimi təkidinə işarə ilə layiqli şəxsin seçilməsini problemlər və çatışmazlıqların həll yolu adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İmam Xomeyni(r.ə)-in ilahi vəfatının ildönümü günündə bir televiziya çıxışında İmam Xomeyni(r.ə)-in xalqın bütün təbəqələrinin seçkilərdə iştirakı vacibliyinə dair daimi təkidinə işarə edərək, layiqli şəxsin seçilməsini problemlər və çatışmazlıqların həll yolu adlandırıblar.

O həzrət həmçinin gələcək prezidentin/ daxili istehsalın gücləndirilməsi, mülahizə etmədən və açıq şəkildə korrupsiya ilə mübarizə, sosial ədalətin yaradılmasına sadiq qalması vacibliyi barədə mühüm cəhətləri bəyan edərək, bildiriblər ki, xalqın bütün təbəqələri seçkilərdə iştiraka hazır olmağı və başqalarını da bu işi görməyə təşviq etməyi özlərinə bir borc hesab etməlidirlər.

İslam İnqilabının Böyük Rəhbəri inqilabın əvvəlinə və dünyadakı tamahkarların İran İslam Respublikasının iki aya, altı aya və ya maksimum bir ilə məhv olacağına dair ardıcıl proqnozlarının misli görünməmiş həcminə işarə ilə vurğulayıblar ki, İmamın əzəməti, qətiyyəti və xalqın müharibədə və digər məsələlərdəki parlaq qələbələri, bu hay-küyü susdurdu, amma İmam Xomeynin vəfatından sonra düşmənlər və bədxahlar bir daha özlərinin İran İslam Respublikasının məhvinə dair arzularını təkrar etdilər.

Həzrət Ayətullahuluzma Xamenei düşmənlərin öngörmələrinin tam şəkildə uğursuz qalmasına və İran İslam Respublikasının ardıcıl inkişafı, irəliləyişi və qüdrətinə işarə edərək, vurğulayıblar ki, İmam Xomeyninin hökumət quruluşunun iftixarlı və əzəmətlə dolu sirri,/ respublika və islami kimi iki kəlmənin yanaşı olmasıdır.

O həzrət İran İslam Respublikası nəzəriyyəsinin verilməsini İmam Xomeyninin böyük işi adlandırıb və belə qeyd ediblər: Möhtərəm İmam bu nəzəriyyəni siyasi-beynəlxalq nəzəriyyələr meydanına daxil etdi və xalqın gücü və özünün son dərəcə dərin mərifəti ilə onu həyata keçirərək, reallaşdırdı.

İslam İnqilabının Böyük Rəhbəri sonra vurğulayıblar ki, İmam, respublika və islami kimi iki kəlməni, yəni islam hakimiyyəti və xalq hakimiyyətini bütün problemlərin açarı hesab edirdi.

O həzrət bildiriblər ki, xalq işə götürülən və İslam meyarlarına riayət olunan zamanlarda irəli getdik və bu ikisindən birinə riayət olunmayan yerdə irəliləmədik.

Həzrət Ayətullahuluzma Xamenei seçki namizədlərinə,/ yerinə yeticəklərinə əmin olmadıqları vədləri verməkdən çəkinmələrini təkidlə tövsiyə edərək, deyiblər: Real dayağı olmayan vədlər vermək yolverilməzdir və bu kimi vədlər günah olaraq, ölkənin zərərinədir. Çünki onların həyata keçməməsi ilə/ xalq seçkilərdən və hökumət quruluşundan soyuyur. Buna görə, yalnız mütəxəssislərin təsdiq etdikləri vədləri verin.

Teqlər