15 xordad; İran xalqının böyük islami hərəkatının başlanğıcı
Bu gün, on beş xordad, İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in günəş təqvimi ilə 1342-ci ildəki tarixi qiyamının ildönümü gününə təsadüf edir.
SəhərAzəri-nin məlumatına əsasən,1963-cü ilin iyun ayına təsadüf edən 1342-ci günəş ili 15 xordad qiyamı İran xalqının islami hərəkatının başlanğıcı və İslam İnqilabı tarixində bir dönüş nöqtəsidir.
Pəhləvi rejiminin amilləri 58 il bundan öncə, xordadın on beşində, kədərli bir hadisədə, İmam Xomeyni(r.ə)-in Qom feyziyyə mədrəsəsindəki ifşaedici çıxışının ardınca İmamın bu müqəddəs şəhərdəki mənzilinə soxularaq, onu həbs etdilər.
İranın müxtəlif şəhərlərində insanlar İmam Xomeyni(r.ə)-in həbs olunmasına etiraz edərək, şah rejiminə qarşı geniş aksiya keçirdilər.
Bu etirazlar zamanı şah rejiminin təhlükəsizlik aparatının repressiya qüvvələri Qom feyziyyə mədrəsəsinə vəhşicəsinə basqınla bir çox insanı şəhid etdi, yaraladı və həbs etdilər.
Bu tarixi oyanış, islami hərəkatın Pəhləvi rejiminin müstəbid hökuməti qarşısındakı qarşıdurmasının başlanğıcı olaraq, 1979-cu ildə İslam İnqilabının qələbəsi ilə nəticələndi.