İranda prezidentliyə namizədlərin ilk debatı; bu gün
https://azeri.sahartv.ir/news/İran-i377713-İranda_prezidentliyə_namizədlərin_ilk_debatı_bu_gün
İranda 13-cü prezident seçkilərinin ilk debatı bu gün (şənbə) Tehran vaxtı ilə saat 17: 00-da keçiriləcək.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 05, 2021 06:47 Asia/Baku
  • İranda prezidentliyə namizədlərin ilk debatı; bu gün

İranda 13-cü prezident seçkilərinin ilk debatı bu gün (şənbə) Tehran vaxtı ilə saat 17: 00-da keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, 13-cü prezident seçkilərinə namizədlər bu üç saatlıq debatda iqtisadi məsələləri müzakirə edəcəklər.

On üçüncü prezident seçkilərinin ikinci və üçüncü debatları 8 iyun çərşənbə axşamı və 12 iyun şənbə günü keçiriləcək.

Debatlar İranın radio və televiziyasında canlı yayımlanacaq.

Seçki debatlarının hər birinin müddəti üç saat olacaq.

İranda 13-cü prezident seçkiləri caril il iyunun 18-də keçiriləcək.