İyun 07, 2021 13:28 Asia/Baku
  • Vyana danışıqlarının nəticəsi yaxınlaşdıqca neftin qiyməti geri çəkilir

İran ilə 4+1 qrupu arasında nüvə danışıqlarının nəticəsi hələ bəlli olmadığı bir halda, son günlərdə dünya bazarlarında rekord həddə çatan neft qiymətləri yenidən enməyə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran ilə 4+1 qrupu arasında danışıqların növbəti turu iyunun 10-dan Vyanada yenidən başlayacaq və bu tur danışıqlar ABŞ-ın İranın neft ixracatına qarşı tətbiq etdiyi sanksiyaların ləğvini əhatə edə bilər.

Röyters əlavə edib: "Avqust ayında təhvil verilməsi nəzərdə tutulan "Brent" markalı xam neftin qiyməti 26 sent ucuzlaşaraq, 71,63 dollara satılıb, bu elə bir haldadır ki, son zamanlar "Brent" markalı neftin qiyməti 72,27 dollara çatmışdı ki, bu da 2019-cu ilin may ayından bəri neft ticarətində ən yüksək göstəricidir.

Məlumata əsasən, iyul ayında təhvil verilməsi nəzərdə tutulan ABŞ-ın "Texas" markalı neftinin hər bir barreli 70 dollara satılıb ki, bu da 2018-ci ilin oktyabr ayından bəri ilk dəfədir belə bir rəqəm qeydə alınıb, çünki o, zaman "Texas" markalı neft 69,43 dollara mübadilə edilib.

Sinqapurda əmtəə üzrə iqtisadi direktorlardan olan Avtar Sando deyib: "İlkin narahatlıq İran neftinin, neft bazarına qayıtması ilə bağlıdır, amma İran prezident seçkilərindən əvvəl nüvə razılaşmasının əldə olunacağını düşünmürəm".

İqtisadi analitiklər, 18 iyun prezident seçkiləri ərəfəsində olan İranın sanksiyalar ləğv olunacağı təqdirdə istehsalını gündə 500 min bareldən 1 milyon barelə qədər artıra biləcəyinə inanırlar.

 

Teqlər