İyun 08, 2021 18:30 Asia/Baku
  • debat
    debat

İran prezident seçkilərinə namizədlər 2-ci debatdan öncə öz baxışlarını açıqlayıblar.

 SəhərAzəri-nin məlumatına əsasən, İran prezident seçkilərinə namizəd, Seyyed Əmir Hoseyn Qazizadeh Haşemi deyib ki, mədəni və ictimai sahələrdə yaxşı ideyalar irəli sürülüb və bu hallar ölkənin yeni hökmranlıq modelində izlənəcək.

İran prezident seçkilərinə digər namizəd, Seyyed Ebrahim Rəisi isə deyib ki, onun rəqibi, korrupsiya, faydasızlıq və pis siyasi əxlaqlardır.

Başqa bir namizəd, Səid Cəlili də bildirib ki, debatlarda etikaya riayət olunmalı və xalqın gözlədiyi mövzulara nəzər salınmalıdır.

İran prezident seçkilərinə namizəd, Ədborreza Hemməti isə 2-ci debata girməzdən öncə deyib ki, etikaya riayət olunmalı və proqramlardan danışılmalıdır.

Digər bir namizəd, Mohsen Rezayi də bildiribdir ki, onun «Fəaliyyət və dəyişiklik» dövləti xalqa əsl ümid verəcək və bu dövlət İran xalqına ümid bağışlayacaq.

13-cü İran prezident seçkilərinə namizədlərdən olan Mohsen Mehrəlizadeh isə İranın TeleRadio Təşkilatının ikinci debatından qabaq deyibdir ki, debatda etika qaydalarına riayət edilməli və xalqın ümimi fikri namizədlərin proqramları barədə işıqlandırılmalıdır.

Prezident seçkilərinə namizəd, Əlireza Zakani də bildirib ki, prezidentlik dövründə, nəticəsi,/ məhrumlar üçün bir milyon 200 min ev olacaq bir yolu izləyəcəyinə söz verir.

Prezident seçkilərinə yeddi namizədin mədəni, ictimai və siyasi mövzulara həsr olunmuş ikinci debatı bu gün axşam keçirilib.

Teqlər