İyun 12, 2021 14:24 Asia/Baku
  • İran ABŞ-ın son sanksiya qərarına münasibət bildirdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə şəxsi "Tvitter" hesabında ABŞ-ın son sanksiya qərarına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Xətibzadə öz paylaşımında yazıb:   "Bəzi adların sanksiya siyahısından seçilərək çıxarılması nə nüvə sazişi danışıqları ilə əlaqəlidir, nə də xoşməramlı mesaj olaraq qəbul edilir, xüsusilə iqtisadi terrorçuluğun dirçəlişinə təsadüf edən bir vaxtda".  

Diplomat həmçinin "Bayden Trampın izi ilə getmək əvəzinə, sanksiyaları təsirli və təsdiqlənən şəkildə ləğv edərək onun "maksimum uğursuzluğunu" tərk etməlidir", - deyə qeyd edib.  

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi İran Milli Neft Şirkətinin keçmiş baş direktoru Əhməd Kələbani də daxil olmaqla, 3 şəxsi və 2 şirkəti sanksiya siyahısından çıxarmışdı. 

Teqlər