İyun 12, 2021 15:08 Asia/Baku
  • Vyana danışıqları həssas mərhələyə çatıb

Bu gün Vyanada nüvə sazişinin əvvəlki qaydada bərpa edilməsi və ABŞ-ın bu razılaşmaya qayıtması ilə bağlı danışıqların növbəti turu başlayır.

SəhərAzəri-nin məlumatına əsasən, İranı bu danışıqlarda təmsil edən xarici işlər nazirinin müavini Abbas Əraqçi nüvə danışıqların növbəti turunun Vyanada bu gündən başlayacağını bildirib.

Rusiyanı bu danışıqlarda təmsil edən Mixail Ulyanov rəsmi tvitter səhifəsi üzərindən paylaşım edərək altıncı tur danışıqların sonuncu olmasına ümidvar olduğunu bəyan edib.

Bildirək ki, sabiq ABŞ hökuməti dünya ictimaiyyətinin İranla əldə etdiyi və BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Avropa tərəfi bu sazişdə yer alan maliyyə və neftin satışı ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyəndən sonra İran da qeyd edilən sazişdəki öhdəliklərini azaldıb.

Tərəflər bu danışıqların səmərə verməsinə və altıncı turun son tur olmasına ümidvardırlar. 

Teqlər