500 xarici müxbir seçkiləri işıqlandıracaq
https://azeri.sahartv.ir/news/İran-i378065-500_xarici_müxbir_seçkiləri_işıqlandıracaq
İran İslam Respublikasının islami mədəniyyət və irşad nazrinin informasiya və mətbuat üzrə müavini İran prezident seçkilərində 500 xarici müxbirin iştirak edəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2021 13:35 Asia/Baku
  • 500 xarici müxbir seçkiləri işıqlandıracaq

İran İslam Respublikasının islami mədəniyyət və irşad nazrinin informasiya və mətbuat üzrə müavini İran prezident seçkilərində 500 xarici müxbirin iştirak edəcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Mohəmməd Həddadi deyib ki, koronadan irəli gələn səfər məhdudiyyətinə rəğmən, 226 beynəlxalq mediadan olan 500-dən çox xarici müxbir 1400-cü il İran prezident seçkilərini işıqlandıracaq.

Həddadi sonra bildirib ki, bu medialar dünyanın 38 ölkəsindəndirlər və onların girişi və xəbər fəaliyyəti üçün lazımi koordinasiya yaradılıb.

13-cü İran prezident seçkiləri iyunun 18-də keçiriləcək.