Həzrət Ayətullahül-üzma Xamenei seçkilərin nəticəsinə münasibət bildirdi
Aliməqamlı Rəhbər: "Seçkilərin ən böyük qalibi İran xalqıdır"
İran İslam Respublikasının Aliməqamlı Rəhbəri 18-iyun seçkilərində İran millətinin epik və həyəcanverici iştirakını yüksək dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei şənbə günü İran xalqının 18 iyun seçkilərində möhtəşəm iştirakı münasibətilə etdiyi müraciətdə, seçkilərin ən böyük qalibinin İran xalqı olduğunu bildirib.
O Həzrət qeyd edib ki, nə məişət çətinliklərindən şikayətlənmələr, nə xalqı ruhdan salmaq üçün qarşı çıxmalar, nə də pandemiya xəstəliyinin təhlükəsi və səsvermənin ilkin saatlarında bəzi pozuntular İran xalqının iradəsinə qalib gələ bildi.
Həzrət Ayətullahül-üzma Xamenei İran xalqına xitabən buyurub: "18 İyun seçkilərindəki epik və həyəcanverici iştirakınız, şərəflərinizə daha bir parlaq səhifə əlavə etdi. Dünənki seçkilərin ən böyük qalibi bir daha İran xalqı oldu. Hansı ki, düşmənin muzdlu mediasının təbliğatı və pis niyyətli və xam düşüncəli insanların vəsvəsələri qarşısında dayandı və ölkənin siyasi meydanının ortasında olduğunu göstərdi".
İslam İnqilabının Böyük Rəhbəri xatırladıblar: "Uca Tanrıya İran xalqına əta etdiyi müvəffəqiyyətə, həmçinin İrana və İslam Respublikasına göstərdiyi mərhəmətə görə, sonsuz təşəkkür edirəm və İran xalqını təbrik edirəm".
O, həzrət yüksək prezidentlik vəzifəsinə və ya şuralara üzvlüyə seçilənlərə xitabən deyiblər: "Ölkəyə və millətə xidmət etmək fürsətini qiymətləndirin və İlahi motivləri daima göz önündə saxlayın".