Rəisinin ilk açıqlaması
"Ölkənin düyünlərini açmaq üçün əlimizdən gələni edəcəyik"
İranın yeni seçilmiş prezidenti deyib: "Yeni hökumətdə, xüsusilə də insanların məişət problemləri sahəsində, ölkənin düyünlərini açmaq üçün əlimizdən gələni edəcəyik".
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi İran İslam Şurası Məclisinin sədri ilə görüşdən sonra müxbirlər qarşısında deyib: "Mütləq, əziz xalqımızın ürəyində gələcəyə nisbət ümid yaransın və hökumətə inamları günü-gündən artsın deyə, ölkəmizin düyünlərini açmaq üçün İslam Şurası Məclisi, onun deputatları və sədri habelə bütün elita və mütəxəssislərlə yeni hökumətin qurulmasına səy göstərəcəyik".
Cənab Rəisi sonra deyib: "Ölkəmizin bütün əziz xalqından və hörmətli namizədlərdən möhtəşəm seçkilərin təzahüründə çoşqu və həyəcanla rol ifa etdikləri üçün təşəkkür edirəm. Xüsusilə də, başda İslam İnqilabının Böyük Rəhbərinə xalqın bu cür iştirakı və yeni hökumətin qurulması üçün zəmin yaratdıqlarına görə, səmimi qəlbdən təşəkkür edirəm".