İyun 20, 2021 15:21 Asia/Baku
  • Seyid Həsən Nəsrullah İranın yeni prezidentini təbrik edib

Livan Hizbullahının baş katibi İran prezident seçkilərində qalib gəlməsi münasibətilə Seyyed Ebrahim Rəisini təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyyid Həsən Nəsrullah bu gün bir müraciətdə İranın həssas tarixinin bu mərhələsində Ayətullah Rəisinin prezident seçilməsi və böyük qələbə qazanmasını təbrik edib.

Nəsrullah bildirib ki, Ayətullah Rəisinin qələbəsi İran xalqının və region xalqlarının problemlərlə mübarizə qüdrətinə və gələcəyə olan ümidinə can verdi.

Livan Hizbullahının baş katibi, Ayətullah Rəisiyə xitabən deyib ki, azadələr və müqavimət döyüşçüləri sizi təcavüzkarlar ilə mübarizədə güclü dayaq və qala hesab edirlər.

Dünən bir çox ölkə, o sıradan Azərbaycan Respublikası, Rusiya, Türkiyə, Suriya və İraq prezidentləri, həmçinin Qətər əmiri, Küvert əmiri, İraqın baş naziri, şəxsiyyətlər və müqavimət hərəkatları Ayətullah Rəisinin İran prezident seçkilərində qalib gəlməsini təbrik etmişdilər.

Teqlər