“ABŞ-ın dağıdıcı siyasətləri pis nəticələr meydana çıxarıb”
https://azeri.sahartv.ir/news/İran-i378337-abŞ_ın_dağıdıcı_siyasətləri_pis_nəticələr_meydana_çıxarıb
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sosial media hesabı "Tvitter" vasitəsilə Əfqanıstandakı son hadisələrlə əlaqədar açıqlama verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2021 07:14 Asia/Baku
  • “ABŞ-ın dağıdıcı siyasətləri pis nəticələr meydana çıxarıb”

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sosial media hesabı "Tvitter" vasitəsilə Əfqanıstandakı son hadisələrlə əlaqədar açıqlama verib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə "Əfqanıstandakı narahatlıq verici hadisələri diqqət və ciddiyyətlə izləyirik", - deyib. 

 Mətbuat katibi Əfqanıstandakı gərginliyin dərhal azaldılmasına, qanunun aliliyinə hörmət edilməsinə və əhatəli bir dialoqa çağırış edib.  

İranın XİN sözçüsü, həmçinin bildirib ki, ABŞ-ın dağıdıcı siyasəti regionda uzunmüddətli pis nəticələr meydana gətirdi və indi bu ölkənin son dərəcə məsuliyyətsiz hərəkətləri daha çox ziyan verir.

Qeyd edək ki, ABŞ və NATO qüvvələri sentyabrın 11-dək Əfqanıstanı tərk etməyi planlaşdırıblar. Onlarn 20 il uzanan işğal siyasəti Əfqanıstanın təhlükəsizliyinə heç bir uğur qazandırmayıb.