İyun 25, 2021 14:06 Asia/Baku
  • Kanada hava qəzası barədə məlumat təqdim etməməlidir

İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini deyib ki, Kanadanın digər ölkələrin səlahiyyəti dairəsində baş verən hava qəzası barədə özbaşına nəzər vermək və ya məlumat təqdim etmək səlahiyyəti yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, Mohsen Bəharvənd Kanada hökumətinin Ukrayna təyyarəsi barədəki məlumatına reaksiyada bildirib ki, İran İslam Respublikasının araşdırma qrupunun hava qəzası barədəki məlumatını tənqid edən məlumatın bir hissəsi texniki cəhətdən əsassızdır və buna görə, qəbuledilməzdir.

İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini deyib ki, məlumatın hazırlanmasında Ukraynanın müşaviri kimi Kanadanın nəzərləri öyrənilib və bir dəfə də qeydə alınıbdır.

O, sonra qeyd edibdir ki, əgər Kanada və ya hər hansı digər ölkə qanun və qarşılıqlı hörmət çərçivəsində İranla anlaşarsa, İranın konstruktiv cavabını alacaq, əks təqdirdə, İran mütləq onların qarşısında dayanacaqdır.

2020-ci il yanvarın səkkizində Ukrayna hava yollarına məxsus bir ədəd sərnişin təyyarəsi Tehran ətrafında süqut etdi; nəticədə 167 sərnişin və doqquz ekipaj üzvü həyatını itirdi.

Teqlər