İyun 25, 2021 18:05 Asia/Baku
  • İki ardıcıl qələbə

İranlı güləşçilər Türkiyə yarışlarında öz rəqiblərini məğlub ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İranın sərbəst güləş üzrə yığma komandası İstanbulda keçirilən «Yaşar Doğu» kuboku uğrundakı yarışlarda öz mübarizələrinə iki ardıcıl qələbə ilə başlayıb.

65 kiloqram çəki dərəcəsində güləşən Əbülfəzl Hacipur fransalı rəqibini məğlub edib. Hüseyn Firuzpur da kanadalı güləşçi üzərində üstünlüyə nail olub.

Bu yarışlarda İran yığma komandasını səkkiz çəki dərəcəsində on üç güləşçi təmsil edir.

«Yaşar Doğu» kuboku uğrundakı beynəlxalq yarışlar beynəlxalq güləş birliyinin təsnifat sistemindən hesab olunur.

Teqlər