M.Əfqəri yeni rekord qeydə aldırıb
https://azeri.sahartv.ir/news/İran-i378420-m.Əfqəri_yeni_rekord_qeydə_aldırıb
İranlı üzgüçü olimpiya oyunlarında iştirak payını əldə edə bilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2021 13:38 Asia/Baku
  • M.Əfqəri yeni rekord qeydə aldırıb

İranlı üzgüçü olimpiya oyunlarında iştirak payını əldə edə bilib.

SəhərAzəri-nin məlumatına əsasən, Mehrşad Əfqəri Bolqarıstan yarışlarında 2020-ci il olimpiya oyunlarının B girişi payını əldə edib.

İran üzgüçülüyünün nümayəndəsi Əfqəri yüz metr məsafəyə delfin üzmədə 53,46 saniyə rekordunu qeydə aldıraraq, olimpiya oyunlarının B girişinə lazım olan 53,52 saniyə həddindən çox üzübdür.

Beynəlxalq üzgüçülük federasiyasının qanunlarına əsasən, olimpiya oyunlarının B girişinə lazım olan həddi əldə edən ən yaxşı üzgüçülər 2020-ci il Tokio olimpiya oyunlarının qruplaşmasında qərar tapacaqlar.

Tokio olimpiya oyunları bir aydan az bir vaxtdan sonra keçiriləcək.