İyun 26, 2021 11:58 Asia/Baku

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri sanksiyaların İranın müdafiə inkişafına heç bir təsiri olmadığını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi "Xaneyi Millət" xəbər agentliyi ilə müsahibədə, ölkələrin ABŞ-ın silah embarqosunun uzadılması barədə qərəzli tələbi ilə razılaşmadığını vurğulayıb.

O, deyib: "İran, inqilabın əvvəlindən bəri sanksiyalar şəraitində işləyib və sanksiyaların ölkənin müdafiə inkişafına heç bir təsiri olmayıb". 

Əmir Hatəmi, ABŞ-ın İrana qarşı silah embarqosunun müddətini uzatmaq cəhdələrinə toxunaraq, deyib: "ABŞ rəsmiləri silah sanksiyalarını uzatmağa çalışırlar, ancaq müvəffəq olmayacaqlar".

Teqlər