İranda bir tondan çox narkotik aşkar edilib
İki narkotik qaçaqmalçısı həbs olunub
İranın Sistan və Bəluçestan vilayətinin polis rəisi Səravanda bir ton doxsan altı kiloqram narkotik maddənin aşkar edilməsindən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, general pasdar Əhməd Taheri bildirib ki, Sistan və Bəluçestan vilayətinin narkotik maddələrlə mübarizə üzrə polis məmurları malik olduqları məlumatla keçirdikləri əməliyyatda Səravan rayonunda narkotik maddələr qaçaqmalçılarından iki nəfəri həbs ediblər.
General pasdar Taheri deyib ki, bununla bağlı ölüm alverçilərindən 43 hərbi güllə və bir ədəd hərbi silah ilə yanaşı, bir ton doxsan altı kiloqram narkotik maddə aşkar edilib.
İran İslam Respublikası sanksiya şəraitinə rəğmən, ötən bir ildə 950 tondan çox narkotik aşkar etməklə dünyada ən çox narkotik maddə aşkarlanmasına malik olubdur.