İyun 27, 2021 22:55 Asia/Baku
  • İran dünyanın on üstün polad istehsalçısı arasında

Dünya metallurgiya assosiasiyası bildirib ki, İran dünyanın on üstün polad istehsalçısı arasındadır.

SəhərAzəri-nin məlumatına əsasən, Dünya Metallurgiya Assosiasiyası cari 2021-ci milad ilinin ilk beş ayında İranın dünyanın on üstün polad istehsalçısı arasındakı iştirakının davam etməsindən xəbər verib.

İran on iki milyon beş yüz min ton xam polad istehsalı ilə dünya üzrə onuncu pillədə dura və dünyanın ən yaxşı polad istehsalçıları arasındakı yerini qoruyub saxlaya bilibdir.

Çin, Hindistan, Yaponiya, ABŞ və Rusiya cari milad ilinin ilk beş ayında dünyanın beş üstün polad istehsalçısı olublar.

Teqlər