Zərif: "Kimyəvi müharibə qazilərimiz ABŞ sanksiyalarının qurbanı olurlar"
İranın xarici işlər naziri deyib: "ABŞ-ın yeni rəhbərliyi əvvəlki rəhbərliyin uğursuz siyasətindən əl çəkməyib və qanunsuz sanksiyaları davam etdirərək, kimyəvi müharibə qazilərimizin dərman və tibbi təchizat əldə etməsinə mane olur".
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif, İranın Sərdəşt şəhərinin kimyəvi bombardmanının ildönümü və "Kimyəvi və Bioloji Silahlarla Milli Mübarizə Günü" münasibəti ilə yazıb: "Sərdəşt müasir dövrdə mülki şəxslərə və yaşayış massivlərinə qarşı kimyəvi silah istifadəsinin bir simvoludur".
"Kütləvi qırğın silahlarının istifadəsi nəticəsində baş vermiş humanitar fəlakətlərin təkrarlanmasının qarşısını almaq üçün kimyəvi silahlardan istifadə edənlərin hamısı, əməkdaşları və nəzarətçiləri ilə birlikdə mühakimə olunmalı və Kimyəvi Silah Konvensiyasının iştirakçısı olan dövlətlər öz öhdəliklərini yerinə yetirməlidirlər", - deyə nazir qeyd edib.
İraqın Bəəs rejimi 1987-ci il iyunun 28-də İranın şimal-qərbində yerləşən və ən izdihamlı şəhəri olan Sərdəşt şəhərini kimyəvi bombalarla hədəfə aldı ki, nəticədə 119 mülki şəxs şəhid oldu, səkkiz mindən çox insan da zəhərli qazlara məruz qalaraq, kimyəvi zədə aldı.