İyun 29, 2021 14:11 Asia/Baku
  • Bu cəhətdən bir sıra ölkədən İrana müalicəyə gəlirlər

Bir İndoneziya mediası İranı dünyada orqan transplantasiyası üzrə beşinci qütb kimi təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, İndoneziyanın “Kompass”(Compass) informasiya saytı bir məlumatda İranın orqan transplantasiyası sahəsində günü-gündən artan müvəffəqiyyətlərinə və İranda müalicə xərclərinin ucuzluğuna işarə edib və indoneziyalı xəstələrin orqan transplantasiyası üçün başqa yerlərdən daha çox İrana səfər etdiklərini yazıb.

Bu məlumata görə, hər il çox sayda indoneziyalı xəstə qaraciyər transplantasiyası üçün İrana səfər edir, çünki bir qrup indoneziyalı mütəxəssisin qənaətinə görə, İranda tibb elmi çox inkişaf edib və bu ölkədə mədəaltı vəzdən tutmuş beyinə qədər olan hər hansı bir transplantasiya asanlıqla mümkündür və İranda bu əməliyyatların qiyməti dünyanın digər ölkələrindəkindən daha sərfəlidir.

Bu indoneziyalı informasiya saytı kök hüceyrələr sahəsində İranı dünyanın ilk beş ölkəsi sırasında təqdim edib və yazıb ki, İndoneziyadan əlavə, Qətər və əmirliklər də daxil olmaqla İranla qonşu olan digər ölkələrdən də orqan transplantasiyası üçün İrana səfər edirlər.

Teqlər