İyun 30, 2021 18:59 Asia/Baku
  • Ruhani
    Ruhani

Höccətülislam Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında neft sənayesinin bir qrup işçisinin məişət problemlərinə toxunaraq, bu problemləri həll edəcəyinə söz verib.

SəhərAzəri-nin məlumatına əsasən, Ruhani neft sənayesi işçilərinin maaşları haqqında deyib: "Neft sənayesinin şərəfli işçilərinə problemlərini həll edəcəyimə söz verirəm. Alacaqları əmək haqqı və maaş ilə bağlı məhdudiyyətlə üzləşəcəkəlinə icazə verməyəcəyik və əgər bəzi yerlərdə büdcə qaydalarına görə məhdudiyyət yaranıbsa, bunu onlar üçün həll edəcəyik".

İran prezidenti deyib: "Ancaq bəzi işçilər podratçıların sərəncamındadır. Neft bölgələrində bir çox podratçı fəaliyyət göstərir və onların bir qrup işçiləri var. Əgər problemləri varsa, əmək nazirinə onların problemlərini izləyib, həll etməsini tapşıracağam".

"Əlbəttə ki, bu problemin neft sektoru ilə heç bir əlaqəsi yoxdur. Onlar neft bölgələrində işləyə bilər, amma bu, işçilər və podratçıların məsələsidir və onlar bunu həll etməlidirlər. Əmək Nazirliyi bu istiqamətdə məsələni izləsin və həll etsin" , - deyə o, əlavə edib.

Ruhani vurğulayıb: "Neft və neft məhsullarının istehsalı, köçürülməsi, paylanması və ya ixracında heç bir problemin olmadığını və olmayacağını bildirirəm. Bəzi anti-İran peykləri bununla bağlı təbliğat aparırlar ki, qeyri-düzgün və səhvdir".

Teqlər