Neft və enerji sahəsində İran-Rusiya həmkarlıqları genişlənir
https://azeri.sahartv.ir/news/İran-i378662-neft_və_enerji_sahəsində_İran_rusiya_həmkarlıqları_genişlənir
İranın Moskvadakı səfiri və Rusiyanın energetika naziri iki ölkənin neft və enerji sahəsindəki əməkdaşlıqlarının daha da genişləndirilməsi yollarını araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2021 15:38 Asia/Baku
  • İran-Rusiya
    İran-Rusiya

İranın Moskvadakı səfiri və Rusiyanın energetika naziri iki ölkənin neft və enerji sahəsindəki əməkdaşlıqlarının daha da genişləndirilməsi yollarını araşdırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Kazem Cəlali bu gün Rusiyanın energetika naziri və İran-Rusiya birgə iqtisadi komissiyasının rus həmsədri Nikolay Şulginov ilə görüşdə bildirib ki, iki ölkə arasında energetika sahəsində mühüm layihələr icra olunmaqdadır. O, deyib ki, Sirik istilik elektrik stansiyası iri bir layihə kimi İran ilə Rusiya arasındakı müştərək layihələrdən təkcə birisidir.