İyul 03, 2021 11:19 Asia/Baku
  • “Süleymaninin öldürülməsi beynəlxalq cinayət idi”

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi İsmayıl Bəqai Hamanə general Qasim Süleymani ilə bağlı danışıb.

SəhərAzəri-nin məlumatına əsasən, İsmayıl Bəqai Hamanə verdiyi açıqlamada vurğulayıb ki, general Qasim Süleymaninin öldürülməsi beynəlxalq cinayətdir. Və bu hadisə beynəlxalq sülhü və əmin amanlığı təhdid edən cinayət idi.

Onun sözlərinə görə, ABŞ-ın bu işdəki rolu, cinayəti törədənlərin şəxsiyyəti və arxalarında dayananlar bütün dünyada məşhur şəxslərdir.  

Diplomat qeyd edib ki, general Qasim Süleymaninin şəhid edilməsi İran xalqının daha da əzmli olmasına səbəb oldu.

 

Teqlər