ABŞ-ın cinayətlərini ifşa etmək üçün fürsət
Amerikan insan haqları üzrə üçüncü beynəlxalq konfrans keçirilir
Amerikan insan haqları üzrə üçüncü beynəlxalq konfransının iştirakçıları tarix boyu Amerikanın zülmləri və cinayətlərini bəyan ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Qum şəhərində keçirilən amerikan insan haqları üzrə üçüncü beynəlxalq konfransda dini elmlər hövzəsi və universitet müəllimləri, elitalar və digər ziyalı şəxslər tarix boyu Amerikanın zülmləri və cinayətlərini bəyan edərək, modern islami sivilizasiyanın həyata keçirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.
Konfrans iştirakçıları vurğulayıblar ki, Əlqaidə və İŞİD kimi terror qruplaşmalarını təşkil və himayə etmək, münafiqlərə və onların terrorlarına dəstək vermək, İranın sərnişin təyyarəsinə hücum etmək və Səddamın bəəs rejiminin kimyəvi silahlar əldə etməsinə zəmin yaratmaqla İraq və Əfqanıstanda uşaqlar və qadınların qırğın edilmələri və regionun təhlükəli edilməsi, Amerikanın bəşəriyyətə qarşı törətdiyi cinayətlərin bir hissəsidir.