İyul 06, 2021 13:43 Asia/Baku
  • Əsəd və Rəisi ikitərəfli həmkarlıqların gücləndirilməsinə təkid ediblər

Suriya prezidenti Bəşşar Əsəd dünən gecə İranın seçilmiş prezidenti Seyid İbrahim Rəisi ilə telefon söhbətində Tehran-Dəməşq həmkarlıqlarının gücləndirilməsinə təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən, bu telefon söhbətində İran prezident seçkilərində qalib gəlməsi münasibətilə Rəisini təbrik edən Əsəd, ona, İran İslam Respublikasının icra hakimiyyətinə başçılıq edərkən daha artıq irəliləyişə doğru hərəkət və bütün sahələrdə nailiyyətlərin reallaşmasının davam etməsi yolunda uğurlar diləyib.

Tərəflər həmçinin iki ölkənin diqqət mərkəzində duran məsələlər barədə koordinasiya, məşvərətlərin davam etdirilməsi və bütün sahələrdə qarşılıqlı əməkdaşlıqların gücləndirilməsi prosesinin davam etdirilməsi üzrə təmayül və əzmkarlıqlarını vurğulayıblar.

Höccətulislam vəlmuslimin Seyid İbrahim Rəisi 13-cü İran prezident seçkilərində 18 milyondan çox səs toplayaraq, prezident seçildi.

Teqlər