İran təyyarə qəzası ilə əlaqədar Rusiyaya başsağlığı verib
İyul 07, 2021 11:20 Asia/Baku
İranın Xarici İşlər Nazirliyi təyyarə qəzası nəticəsində 28 nəfərin həyatını itirməsi münasibəti ilə Rusiyaya başsağlığı verib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə 28 sərnişin və ekipaj üzvünün həlak olması ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar Rusiya dövləti və xalqına başsağlığı verib.
Xətibzadə, həmçinin təyyarə qəzasında həyatını itirənlərin ailələrinə də başsağlığı verib və onların kədərini bölüşüb.
Qeyd edək ki, Rusiyanın An-26 markalı sərnişin təyyarəsi Kamçatka üzərində uçarkən radarlardan itib.
Məlumata əsasən, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişin və 6 ekipaj üzvündən sağ qalanı olmayıb və təyyarənin qalıqları tapılıb.