Tehran əfqan-əfqan dialoqu görüşünə ev sahibliyi edir
Bu gün Tehranda Əfqanıstan hökumətinin nümayəndələri və bu ölkənin ali məqamlı şəxsiyyətlərinin eləcə də Talibanın yüksək səviyyəli siyasi heyətinin iştirakı və İran İslam Respublikasının ev sahibliyi ilə əfqanlararası dialoq görüşü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin çıxışı ilə başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İran xarici işlər naziri bu iclasda ABŞ-ın Əfqanıstandakı hərbi müdaxiləsinə və bu ölkədə çoxlu dağıntılara səbəb olan iyirmi ildən artıq varlığına toxunaraq, deyib: "Bu gün Əfqanıstan xalqı və siyasi liderləri ölkələrinin gələcəyi üçün çətin qərarlar verməlidirlər".
Məhəmməd Cavad Zərif Əfqanıstandakı münaqişənin davam etməsinin acınacaqlı nəticələrinə toxunaraq, əfqanlar arasında danışıqlar masasına qayıtmağı və Əfqanıstanın liderləri və siyasi cərəyanları tərəfindən siyasi həll yollarına sadiq qalmağın ən yaxşı seçim olduğunu söyləyib və İranın Əfqanıstandakı münaqişələri və böhranları həll etmək üçün mövcud cinahlar arasındakı danışıqlar prosesinə kömək etməyə hazır olduğunu bildirib.
Zərif, həmçinin İran İslam Respublikasının sülhün bərqərar olmasından sonra Əfqanıstanın hərtərəfli siyasi, iqtisadi və sosial inkişafına töhfə vermək öhdəliyini də vurğulayıb.
Əfqanıstan hökumətinin nümayəndə heyətinə bu ölkənin keçmiş xarici işlər naziri Yunis Qanuni, Talibanın nümayəndə heyətinə isə qrupun qərargah rəhbərinin müavini Abbas Stanekzai rəhbərlik edir.