General-polkovnik Səlami: "Düşmənin düzənini başlanğıcda pozacağıq"
https://azeri.sahartv.ir/news/İran-i378823-general_polkovnik_səlami_düşmənin_düzənini_başlanğıcda_pozacağıq
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı düşmənin düzənini başlanğıcda pozacaqlarını vurğulayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 07, 2021 08:21 Asia/Baku
  • General-polkovnik Səlami:

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı düşmənin düzənini başlanğıcda pozacaqlarını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı general-polkovnik Səlami Sepah-ın quru qoşunlarının "Saberin" bölməsinə yeni texnikaların təhvil verilməsi mərasimində deyib: "Düşmənin başlanğıcda məğlub edilməsi bizim qəti strategiyamızdır və odlu silah Sepah-ın quru qoşunlarının əlinə alacağı sonuncu silahdır".

Yeni nəsil dəqiq və sərrast zərbə edndirən raketlərin, hücum, kəşfiyyat və tək sərnişinli helikopterlərin, həmçinin uzun mənzilli, kəşfiyyat və kamikadze PUA-larının silahlanmaya verilməsi ilə Sepah-ın quru qoşunlarının müdafiə gücünün təkmilləşdirilməsində digər bir mühüm addım atıldı.