İyul 07, 2021 16:49 Asia/Baku
  • Rəsmi Tehran Azərbaycanın 3+3 formatlı əməkdaşlıq təklifini dəstəkləyir

İran İslam Respublikası Azərbaycanın 3+3 formatlı əməkdaşlıq təklifini dəstəkləyir. Bu bəyanatla İran Xarici İşlər Nazirliyinin mətbuat katibi çıxış edib.

SəhərAzəri-nin məlumatına əsasən, Tehranda jurnalistlərin suallarını cavablandıran XİN rəsmisi Səid Xətibzadə deyib: “Azərbaycan torpaqlarının azad edilməsi Cənub Qafqaz ölkələri ilə İran İslam Respublikası, Rusiya və Türkiyə arasında ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında əməkdaşlıq üçün uyğun bir zəmin hazırlanmasına səbəb olub”.

Rəsmi Bakının 3+3 formatlı yəni Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arsında əməkdaşlıq təklifinə münasibət bildirən diplomat deyib: “Biz, Cənubi Qafqazın üç dövləti, həmçinin Rusiya və Türkiyə ilə yaxın əlaqələrə malikik. Başqa sözlə İran belə bir əməkdaşlığın ilk addımlarını ata bilər”.

 

Teqlər