Əli və Fatimə İranda ən çox sevilən adlardırlar
https://azeri.sahartv.ir/news/İran-i378990-Əli_və_fatimə_İranda_ən_çox_sevilən_adlardırlar
İranın Vətəndaşların Qeydiyyatı Təşkilatının sözçüsü deyib: "Cari günəş ilinin əvvəlindən bu günə qədər qızlar üçün Fatimə və oğlanlar üçün Əmir Əli adı ən çox istifadə edilən adlar olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2021 13:51 Asia/Baku
  • Əli və Fatimə İranda ən çox sevilən adlardırlar

İranın Vətəndaşların Qeydiyyatı Təşkilatının sözçüsü deyib: "Cari günəş ilinin əvvəlindən bu günə qədər qızlar üçün Fatimə və oğlanlar üçün Əmir Əli adı ən çox istifadə edilən adlar olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Seyfullah Əbu-Turabi oğlan uşaqlarına ən çox verilən adlar haqqında deyib: "Əmir Əli, Məhəmməd, Əli, Əmirhüseyn, Hüseyn, Arad, Arya, Əbülfəzl, Ayhan və Əmirmehdi, oğlan adları arasında ən çox təkrarlanan adlardırlar.

Əbu-Turabi, qızlara verilən adlar haqqında isə deyib: "Fatimə, Zəhra, Rəsta, Helma, Ava, Zeynəb və Bahar adları daha çox istifadə edilib".