Ərdəbildə əsl ərəb atlarının festivalı keçirilib
İranın Ərdəbil vilayətində ölkənin hər bir yerindən qatılmış 120 atın iştirakı ilə "AJ Daric" Kuboku adlı əsl ərəb atlarının gözəlliyi üzrə ikinci milli festival keçirilib. Bu festival üç gün müddətinə və Rusiya və Belçikadan gələn iki hakimin qərarı ilə keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, əsl ərəb atlarının gözəlliyi üzrə ikinci milli festival Dünya Atçılıq Federasiyasının nəzarəti altında iyulun 14-dən 16-dək Ərdəbildə keçirilib.
Bu milli festivalın keçirilməsindən məqsədin yetişdirilən gözəl atların marketinqi və istehsalçıları dəstəkləmək olduğu bildirilib.
Ərdəbil vilayətinin Atçılıq Heyətinin sədri Bəhaəddin Elxani bu vilayətin İranda at yetişdirmə qütbünə çevrilməkdə olduğunu bəyan edərək, hazırda bu vilayətdə unikal gözəlliklərə sahib 150 əsl ərəb atının olduğunu bildirib.