İranın Zabul sərhəd bölgəsində bir tondan çox narkotik maddə aşkar edilib
İranın nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandiri deyib: "Zabul Sərhəd Alayının sərhədçiləri bir tondan çox narkotik maddə aşkar ediblər".
SəhərAzəri-nin məlumatına əsasən, general-mayor Əhmədəli Qudərzi əlavə edib: "Zabul Sərhəd Alayının sərhədçiləri dəqiq kəşfiyyat əməliyyatları apararaq və sərhəd bölgəsindəki hərəkətləri izləyərək, bu bölgədən ölkəyə narkotik maddə gətirmək istəyən silahlı dəstələrin ünsürlərini və qaçaqmalçıları müəyyən ediblər və nəzarət tədbirlərini gücləndiriblər".
O, əlavə edib: "Geniş kəşfiyyat tədbirləri həyata keçirməklə qaçaqmalçıların marşrutları və narkotik maddələrin İranın dərinliyinə daşınması üçün planlaşdırılan vaxt müəyyən edilib və İran sərhədçiləri sürətli və məqsədyönlü əməliyyat keçirməklə qaçaqmalçıları tələyə salıblar".
General-mayor Qudərzi qeyd edib ki, qaçaqmalçılar sərhədçiləri gördükdə atəş açmağa başlayıblar, sərhədçilər də buna qarşılıq veriblər və onların müvafiq əməliyyat taktikaları nəticəsində qaçaqmalçılar narkotik maddələri buraxıb, hadisə yerindən qaçıblar".
İranın nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandiri deyib: "Zabul Sərhəd Alayının sərhədçiləri bu əməliyyatda bir nəqliyyat vasitəsini saxlayaraq, bəzi rabitə vasitələri və döyüş sursatları ilə yanaşı 883 kiloqram morfin və 149 kiloqram tiryək də daxil bir ton 32 kiloqram müxtəlif narkotik maddə aşkar ediblər".