İyul 19, 2021 13:14 Asia/Baku
  • Xətibzadə:

İranın Xarici İşlər Nazirliyinin mətbuat katib məhbusların mübadiləsi ilə bağlı danışıqların ayrıca və Vyana danışıqları ilə paralel aparıldığını bəyan edərək, vurğulayıb: "ABŞ-ın etdiyi bir humanitar məsələni siyasi hədəfə bağlayır".

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə əlavə edib: "ABŞ hökuməti 2231saylı qətnamə və nüvə anlaşması üzərindəki öhdəliklərinə qayıdan zaman və İran bunun doğruluğunu sınadıqdan sonra, öz öhdəliklərinə geri dönəcək".

Xətibzadə Avropa Birliyinin Məhkəmə orqanının hicabla bağlı qərarı haqda deyib: "Avropa Birliyinin Məhkəmə orqanının qərarı utancvericidir. İnsan hüquqları, azlıqların və dinlərin hüquqları İslam və müsəlmanlara çatdıqda, Avropada daha dar məna kəsb edirlər. Bu ayrı-seçkilik xarakteri daşıyan qərar ayrı-seçkiliyə və Avropada İslamofobiya və müsəlmanlara qarşı şiddətin artmasına səbəb ola bilər".

Teqlər