İyul 24, 2021 19:26 Asia/Baku
  • Höccətülislam Rəisi Cavad Furuğini olimpiya oyunlarındakı uğuru münasibətilə təbrik edib

İranın yeni seçilmiş prezidenti iranlı atıcı Cavad Furuği ilə telefon əlaqəsi saxlayaraq, Olimpiya yarışlarında atıcılıq üzrə qızıl medalı qazanması və Olimpiyanın rekordunu təzələməsi münasibəti ilə təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, höccətülislam Rəisi bu telefon əlaqəsində, digər iranlı idmançıların iftixar hissi yaradaraq, İran xalqının sevincinə səbəb olacaqlarına ümidvarlıq ifadə edib.

Qeyd edək ki, İran İslam Şurası Məclisinin sədri, İranın səhiyyə naziri, İranın idman naziri və bir sıra digər şəxsiyyətlər də Cavad Furuğuni bu qələbə münasibəti ilə təbrik ediblər.

Cavad Furuği Tokio Olimpiya Oyunlarında pnevmatik tapança ilə atəş açma yarışında çempion oldu və İranın atıcılıq tarıxındə ilk olimpiya medalını qazandı.

Teqlər