İran əmin ortaq və dost olduğunu sübut edib
İyul 25, 2021 19:57 Asia/Baku
İranın seçilmiş prezidenti Qətərin xarici işlər naziri ilə görüşdə vurğulayıb ki, İran əmin və istinadediləsi ortaq və dost olduğunu sübut edib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyyid İbrahim Rəisi bu gün Şeyx Muhəmməd bin Əbdurrəhman Ali-Sani ilə görüşdə bildirib ki, İran və Qətər xalqları dini qardaş və regional ortaqdırlar.
O, qeyd edib ki, Tehran Doha ilə əlaqələrə xüsusi önəm verir və İranın gələcək dövlətinin xarici siyasətinin prioriteti, qonşular olacaqdır.