İyul 26, 2021 12:29 Asia/Baku
  • Robert Malli:

ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Malli etiraf edib ki, Tramp administrasiyasının İrana qarşı tətbiq etdiyi maksimum təzyiq kampaniyası, dəhşətli şəkildə faiskoya uğrayıb və ABŞ-ın maraqlarına ziyan vurub.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi bunu "MSNBS" telekanalına verdiyi müsahibədə söyləyib.

Müsahibənin əvvəlində verilişin aparıcısı Mehdi Həsən Robert Malliyə süal verir ki, ABŞ nüvə anlaşmasından  çıxan ilk tərəf kimi, ilk ona qayıtmalı deyilmi?

Mehdi Həsən deyib: "Sizə Vyana danışıqları barədə sual verməklə başlamaq istəyirəm. İran son təklifi rədd edib və bəziləri bunun başa düşülən olduğunu söyləyirlər.  Mən bu verilişdə bir neçə həftə əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü demokrat senator Kris Morfi ilə söhbət etdim və o  dedi ki, nüvə anlaşmasından ayrılan ilk tərəf biz olduq, ona görə də geri qayıdan ilk tərəf də biz olmalıyıq. Onun fikri doğrudur, elə deyilmi? İlk addımı atıb, razılaşmaya yenidən qoşulmaq bizim üzərimizə düşüb, çünki ondan ilk çıxan ABŞ idi.

ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi "MSNBS" telekanalının aparıcısına belə cavab verib: "Bizə belə bir şərait miras qaldı və prezident Bayden, vəziyyəti bitirməli olduğumuza qərar verdi, bu miras həmin Tramp administrasiyasının İrana qarşı tətbiq etdiyi maksimum təzyiq kampaniyası idi ki, dəhşətli şəkildə faiskoya uğradı və ABŞ-ın maraqlarına ziyan vurdu".

Robert Malli sözlərinin davamında əlavə edib: "Biz açıq şəkildə anlaşmaya qayıtmağa hazır olduğumuzu söyləmişik, əgər onlar da hazırdırlarsa üzərlərinə düsəni etməlidirlər. Başqa sözlə desək, əgər onlar 2016-ci ildə imzalanan nüvə anlaşması üzərindəki öhdəliklərinə geri dönsələr, biz sanksiyaları ləğv edəcəyik və bu təklif, az-çox həmişə masa üzərində olubdur. Heç zaman onunla bağlı razılıq əldə edilməyib, amma bunlar bizim irəli sürdüyümüz ideyalardı. Danışıqların bütün mərhələlərində ABŞ-ın irəli sürdüyü belə ideyalar mövcud idi, hansı ki, Trampın nüvə anlaşmasına zidd olaraq, tətbiq etdiyi bütün sanksiyaların İranın nüvə öhdəliklərinə geri dönməsi qarşılığında ləğv edilməli olduğunu söyləyirdi.

Teqlər