Ruhanidən qonşu ölkələrə çağırış
İran prezidenti çayların su bölgüsündə qonşu ölkələri ədalətli olmağa səslədi
İran İslam Respublikası prezidenti İranın qonşularının çayların suyunu ələ keçirməkdə ədalətə riayət etməli olduqlarını bəyan edərək, deyib: "Ətraf mühit sahəsində region ölkələri və qonşularla əməkdaşlıq etməliyik".
SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti Həsən Ruhani bu gün "Ətraf Mühit Təşkilatı" və "Azad Ticarət və Xüsusi İqtisadi Zonalar Təşkilatı"nın milli layihələrinin açılış mərasimində deyib: "Hazırda 15 azad ticarət zonamız vardır ki, dünya ölkələri və qonşu ölkələrlə konstruktiv qarşılıqlı əlaqəyə yol açacağına ümid edirik".
Ətraf mühitin müxtəlif aspektlərə malik olduğunu bəyan edən İran prezidenti deyib: "Ətraf mühit məsələsində bəlkə də region və qonşu ölkələri ilə əməkdaşlıq etməyimiz lazım olacaq və bu istiqamətdə beynəlxalq forumlarda mühüm işlər görülməlidir, həmçinin su və torpaq sahəsində siyasi və elmi tədbirlər görülməlidir ki, bir sıra tədbirlər və koordinasiyalarla məqbul bir vəziyyətə çata bilək".
Bu gün İranın Sərbəst Ticarət Zonaları Təşkilatı və Ətraf Mühit Təşkilatının 32 milli layihəsi İran prezidenti Həsən Ruhaninin videokonfrans formatında iştirakı ilə istifadəyə verilib.