İran və Avstriya məhkəmə və insan haqları sahəsində ikitərəfli əməkdaşlıqları genişləndirir
İran İslam Respublikası İnsan Hüquqları Qərargahının beynəlxalq məsələlər üzrə sədr müavini və Avstriyanın federal naziri məhkəmə və insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıqların genişləndirilməsi vacibliyini vurğulayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Avstriyanın federal naziri Martin Eyxtinger bu ölkənin Tehrandakı səlahiyyətli səfiri Barbara Qrosse ilə bilrilkdə Tehranda İnsan Hüquqları Qərargahında olaraq, İran İslam Respublikası İnsan Hüquqları Qərargahının beynəlxalq məsələlər üzrə sədr müavini Seyid Məcid Təfrişi ilə görüşüb, fikir mübadiləsi aparıblar.
Görüş zamanı Avstriya tərəfi, İranın Atom Enerjisi Təşkilatının əməkdaşlığı ilə ən yüksək elmi metodlardan istifadə edərək xərçəng xəstəliyinin müalicəsi üzrə Avstriya-İran birgə elmi və tədqiqat mərkəzinin açılması barədə məlumat verib.
Təfrişi də bu görüşdə, Avstriyanı digər Avropa ölkələri ilə müqayisədə İranla qarşılıqlı hörmətə və məntiqə əsaslanan əlaqələrin qurulmasında lider bir ölkə kimi dəyərləndirib və deyib: "Günümüzdə beynəlxalq münasibətlərdə yuxarıdan aşağıya baxma prinsipi və hörmətsizlik artıq mənasızdır və əlaqələrin, sülh və təhlükəsizliyin inkişafəna heç bir kömək etmir".