İyul 28, 2021 16:13 Asia/Baku
  • Ayətullahül-üzma Xamenei: Qərbə güvənmək ölkə üçün faydalı olmaz

İran İslam İnqilabının aliməqamlı rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei iyulun 28-də prezident Həsən Ruhani və Nazirlər Kabinetinin üzvlərini qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, İnqilab Rəhbəri öz çıxışında hökumət üzvlərinə xitabən buyurub: “Başqaları da sizin təcrübənizdən istifadə etməlidir. Mən bir təcrübəni xüsusilə qeyd etdim. Bu da sizə və xalqımıza dəfələrlə söylədiyim və indi də təkrarlayacağım sözdür. Bu təcrübə Qərbə inamsızlıqdan ibarətdir. Gələcək nəsillər bu təcrübəni nəzərə almalıdır. Hazırki hökumətdə Qərbə olan güvənin faydasız olduğu məlum oldu".  

Həzrət Ayətullahül-üzma Xamenei sonra deyib: "Qərblilər bizə kömək etmirlər. Mümkün olan hər yerdə bizi vururlar. Onlar mümkün olan hər yerdə bizi vurdular. Bu, çox mühüm bir təcrübədir. Ona görə də daxili proqramlar Qərbə güvənərək təxirə salınmamalıdır. Çünki mütləq uğursuz olacaq. Ancaq, Qərbə etibar etmədən hərəkət etdiyiniz zaman müvəffəq olarsınız”.

Vyanada cərəyan edən nüvə danışıqlarına gəlincə aliməqamlı rəhbər söyləyib ki, amerikalılar bu danışıqlarda inadkar mövqelərində möhkəm dayandılar və irəli bir addım belə atmadılar.  

O həzrətin dediyinə görə, amerikalılar sanksiyaları ləğv edəcəklərinə söz vermişdilər, amma bunu etmədilər və etməyəcəklər. Hələ şərt də qoyub deyirlər ki, sazişə sonradan müzakirə olunacaq bir maddə daxil etməliyik, əks halda heç bir razılaşma olmayacaq.  

İnqilab lideri sözlərini belə davam etdirib: "Onlar bu cümləni sazişə əlavə etməklə nüvə sazişinin prinsipinə, sonrakı raket və regional məsələlərə müdaxilələrinə bir bəhanə gətirmək və İranın onları müzakirə etməkdən imtina etdiyi təqdirdə müqaviləni pozduğunu söyləmək istəyirlər".  

ABŞ-ın pis niyyətlə hərəkət etdiyini vurğulayan Ayətullahül-üzma Xamenei söhbətlərinin sonunda onların vədlərini və öhdəliklərini pozmaqdan çəkinmədiklərini qeyd edib.

 

Teqlər