İyul 30, 2021 14:28 Asia/Baku
  • ABŞ və Qərb öz əhdlərini pozublar

İran xarici işlər naziri BMT baş katibinə məktubda amerikalılarla qərblilərin öz əhdlərini pozmalarını şərh edib.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsinin qəbul olunmasının altıncı ildönümündə bu təşkilatın baş katibi Antonio Quterreşə məktubda qərbli tərəflərin əhdə vəfasızlıqları məcmusundan hazırlanımış yekun nəticəni sənəd kimi BMT katibliiyində qeydə aldırıb.

Bu məktub bundan öncə müxtəlif münasibətlərdə İran İslam Respublikasının xarici işlər naziri tərəfindən yazılmış Qərbin nüvə anlaşmasının icrasındakı altı il əhdə vəfasızlığına dair sənədlərlə yanaşı, Zərifin müqəddiməsilə fars və ingilis dillərində yayılacaq.

BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsinə əsasən, İrana qarşı bütün silah sanksiyaları ləğv edildi.

Amerika hökuməti indiyədək BMT qətnamələrinə qarşı gedərək, nüvə anlaşması qarşısındakı öhdəliklərindən heç birinə əməl etməyibdir.

Teqlər