İyul 30, 2021 14:42 Asia/Baku
  • İranın ixracat və idxalatı artıb

İran gömrüyünün baş direktoru ölkənin ixracat və idxalatının artmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Mehdi Mir Əşrəfi cari günəş ilinin ilk kvartalında İranın ixracat və idxalatının artmasından xəbər verib. Bildirib ki, bu müddətdə İran ilə müxtəlif ölkələr arasında dəyəri 29 milyard dollar olan əlli milyon 800 min ton ticarət malı mübadilə olunub.

İran gömrüyünün baş direktoru sonra deyib ki, ötən ilin müvafiq dövründəki ixracat və idxalatla müqayisə, əmtəə mallarında çəkidə iyirmi bir, dəyərdə isə 47 faizlik artımı göstərir.

Mir Əşrəfi həmçinin deyibdir ki, 38 milyon 300 min ton xarici ticarət məcmusundan İranın qeyri-neft mallarının ixracat payı on dörd milyard 300 milyon dollar olubdur ki, bu da ötən günəş ilinin müvafiq dövrü ilə müqayisədə çəki baxımından 27, dəyər cəhətdən isə 65 faiz inkişafa malik olubdur.

İran gömrüyünün baş direktoru İranın ixracat mallarının yönəldiyi ölkələri sıra ilə, Çin, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Əfqanıstan elan edibdir.

İran gömrüyünün baş direktoru cari günəş ilinin ilk kvartalındakı idxalatın miqdarı barədə də deyibdir ki, həmin müddətdə dəyəri on dörd milyard beş yüz milyon dollar olan on iki milyon beş yüz min ton ticarət malı ölkəyə daxil olubdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çəki baxımından beş, dəyər cəhətdən isə otuz iki faiz artımdan xəbər verir.

Teqlər