Avq 05, 2021 15:29 Asia/Baku
  • Tehran saxta dəniz olayları haqda xəbərdarlıq edib

İranın BMT-dəki səfiri və İran nümayəndəliyinin sədr müavini BMT Təhlükəsizlik Şurasının sədrinə məktubda Fars Körfəzində saxta dəniz hadisələrinin yaradılması üzrə son şübhəli səylər və ondan da geniş cəhdlər barədə xəbərdarlıq edib və regionun təhlükəsizliyi və sabitliyi üçün ziyanlı olan belə məsuliyyətsiz hərəkətlərin durdurulmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın BMT-dəki səfiri və İran nümayəndəliyinin sədr müavini Zəhra Erşadi BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda İngiltərə, Rumıniya və Liberiyanın İrana qarşı iddialarını əsassız adlandıraraq, onları rədd edib.

İranın məktubunda deyilir: İngiltərə, Rumıniya və Liberiya öz iddialarını sübut etmək üçün heç bir fakt təqdim etmədən «böyük ehtimala qarşı», «ilkin dəyərləndirmələr» və «bir və ya bir neçə ədəd PUA» kimi inamsızlıqdan irəli gələn bəzi ifadələrə söykənərək, həmçinin «beynəlxalq şəriklər» kimi qaranlıq terminlərdən istifadə edərək, öz istədikləri kimi İran İslam Respublikasını «Merser Striit» gəmisinə qarşı hücumda ittiham etməyə çalışıblar.

İranın BMT-dəki səfiri və İran nümayəndəliyinin sədr müavini bu məktubda sonra belə qeyd edib: Aşkar siyasi məqsədlərlə və hücumdan dərhal sonra ilk dəfə olaraq sionist rejim tərəfindən irəli sürülən bu əsassız iddia, mövcud reallıqlar baxımından qeyri-düzgün, siyasi və etik cəhətdən isə məsuliyyətsizcəsinədir və bu əsasda qətiyyətlə rədd edilir.

İranın BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanlanan məktubunda deyilir: İran İslam Respublikası Xəzər dənizi, Fars Körfəzi və Oman dənizində çox sayda liman təsisatlarına və uzun sərhərlərə, həmçinin güclü gəmiçilik donanmasına malik olmaqla həm gəmiçilik azadlığı və dəniz təhlükəsizliyində diqqətəlayiq mənafeyə malikdir, həm də onlara böyük əhəmiyyət verir.

İranın BMT-dəki səfiri və İran nümayəndəliyinin sədr müavini bu məktubda daha sonra bildirib: Bu hədəfə və uzun keçmişə malik olan siyasətə əsasən və əlaqədar beynəlxalq öhdəliklərə tam sədaqətlə, İran gəmiçilik azadlığına və dəniz təhlükəsizliyinin gücləndirilməsinə də diqqətəlayiq şəkildə kömək edibdir.

İranın BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanlanan məktubunda daha sonra deyilir: BMT Nizamnaməsinin ikinci maddəsinin biabırçı şəkildə pozulması istiqamətində gücdən istifadə ilə hədələyən sionist rejim başçılarının son təhrikedici ifadələrinə əsasən, bu rejimə xatırlanması zəruridir ki, özünün ehtimal olunan bütün qeyri-düzgün hesablamaları və avantüralarının nəticələrini gözləməlidir.

İranın BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanlanan məktubunun başqa bir hissəsində deyilir: Hər bir mənbə tərəfindən bu cür təhdidlərin edilməsi ilə bağlı xəbərdarlıq edərək, İran İslam Respublikası öz milli maraqlarının təmini, öz suverenliyinin müdafiəsi və öz xalqının tam şəkildə qorunması üçün lazım olan hər hansı bir tədbirin görülməsində tərəddüd etməyəcək.

İranın BMT-dəki səfiri və İran nümayəndəliyinin sədr müavini BMT Təhlükəsizlik Şurasının sədrindən, bu məktubun Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını istəyibdir.

Teqlər