İranda bir tondan çox narkotik maddə aşkarlanıb
https://azeri.sahartv.ir/news/İran-i379774-İranda_bir_tondan_çox_narkotik_maddə_aşkarlanıb
İranda bir əməliyyatda bir tondan çox narkotik maddə aşkarlanaraq, dövriyyədən çıxarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2021 11:49 Asia/Baku
  • İranda bir tondan çox narkotik maddə aşkarlanıb

İranda bir əməliyyatda bir tondan çox narkotik maddə aşkarlanaraq, dövriyyədən çıxarılıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının cənub-şərqində bir əməliyyat zamanı bir tondan çox narkotik maddə aşkarlanıb və dövriyyədən çıxarılıb.

Bu barədə Sistan-Bəluçistan əyalətinin Polis rəisi Əhməd Tahiri məlumat verib.

Bildirilib ki, əyalətin Nikşəhr rayonunda aparılan əməliyyat çərçivəsində ümumi çəkisi 1,040 kq olan narkotik maddə yükü ələ keçirilib və dövriyyədən çıxarılıb.

Əməliyyat çərçivəsində bir neçə narkotacir və qaçaqmalçı da ələ keçirilib.