Avq 06, 2021 13:21 Asia/Baku
  • İran və Türkiyə
    İran və Türkiyə

İran parlamentinin sədri İranın yeni prezidentinin andiçmə mərasimində iştirak üçün Tehrana səfər etmiş Türkiyə parlamentinin sədrilə görüşdə Türkiyə meşələrindəki yanğın hadisəsində bu ölkə vətəndaşlarından bir qrupunun vəfatı ilə bağlı başsağlığı verərək, siyasi və iqtisadi məsələlərdə iki ölkənin həmkarlıq şəraiti, həmçinin regionda təhlükəsizlik əməkdaşlıqlarını çox yaxşı səviyyədə dəyərləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Baqir Qalibaf dünən gecə Mustafa Şentopla görüşdə vurğulayıb ki, ikitərəfli əlaqələrdə iqtisadi bəhslər diqqət mərkəzinə alınmalıdır. O, bildirib ki, iki ölkənin ticarət əlaqələri səviyyəsi ildə 20 milyard dollardan yuxarı səviyyəyə də çatmışdı, amma koronaya və sanksiyaya görə, bu səviyyə tənəzzül edibdir ki, iki ölkə başçılarının iradəsilə bu rəqəm artırılmalıdır.

İran İslam Şurası Məclisinin sədri İran ilə Türkiyə arasındakı regional əlaqələrin önəmi və Astana müzakirələri çərçivəsində həmkarlıqların davam etdirilməsi barədə belə deyib: Hal-hazırda regionda Əfqanıstandakı kimi problemlər var. Bu arada terror qruplarının fəaliyyəti, həmçinin Qafqaz və Qarabağ kimi hadisələr də var. Bütün bu hallar göstərir ki, təhlükəsizlik sahələri xüsusiyyət təşkil etməklə regional münasibətlərdə iki ölkə bir-birinə daha yaxın olmalıdır.

Mustafa Şentop da bu görüşdə İran prezidentinin andiçmə mərasimində iştirak etməsindən razılıq edərək, deyib ki, İran və Türkiyə dərin əlaqələrə malikdirlər.

«İnanıram ki, iki ölkə münasibətləri daha da genişlənməli və onun həcmi artmalıdır»- deyə, Şentop bildirib.

O, rəsmi surətdə İran parlamentinin sədrini Türkiyəyə səfərə dəvət edib.

 

Teqlər