Avq 07, 2021 16:50 Asia/Baku
  • Rəisi:

İran prezidenti Seyid İbrahim Rəisi Həmas Hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə ilə görüşdə, "Qüds Qılıncı" əməliyyatını işğalçılarla mübarizədə böyük bir sıçrayışın göstəricisi kimi dəyərləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahım Rəisi Həmas Hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə ilə görüşdə, Qüdsün azad edilməsi və Fələstinin işğalına sona qoyulması ilə bağlı onun ümidverici baxışlarına görə təşəkkür edib və deyib: "Günümüzdə müqavimətin böyük qələbəsinin əlamətləri üzə çıxıb və Qüds Qılıncı Əməliyyatı bu qələbənin əlamətlərindən biri idi".

Doktor Raisi, Qüds Qılıncı Əməliyyatının uğurunu dostlar üçün ümidverici və müqavimət düşmənlərini üçün məyusedici amil kimi dəyərləndirib və deyib: "Bu qələbənin ən əhəmiyyətli mesajı budur ki, Fələstində müqavimət nəzəriyyəsi nəticə verib və nəticə verəcəkdir də".

Həmas Hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə də bu görüşdə, Ayətullah Rəisiyə Fələstin və dünyanın hər bir yerində yaşayan Fələstinin dözümlü və məzlum xalqının təbrik və salam mesajlarını daşıdığını ifadə edərək, deyib: "İran İslam Respublikası və İmam Xomeyni (r.ə) İslam İnqilabının qələbə çalmasının ilk günündən Fələstin məsələsinə ciddi diqqət yetirmişlər".

Beynəlxalq Qüds Gününün təyin edilməsini İslam Respublikasının ən əhəmiyyətli və qalarğı hərəkətlərindən biri kimi dəyərləndirən Həmas Hərəkatının siyasi bürosunun rəhbəri əlavə edib: "İslam İnqilabının qələbəsindən 43 il sonra İran, Qüdsün amallarını dəstəkləməkdə sadiq qalıb və İranı, Fələstinin azad edilməsi amalından əl çəkməyə vadar etmək üçün onu əhatə edən düşmənlərin çoxsaylı fitnələrinə baxmayaraq, İran bu amaldan əl çəkməyib. Və sizin son seçkilərdəki qələbəniz də İran xalqının Qüdsün azad edilməsi amalına sadiq qaldıqlarının digər bir sübutudur". 

İbraih Rəisi, həmçinin İraqın Həşdəl-Şəbi Təşkilatının sədri Faleh Əl-Fəyyaz ilə görüşdə, İraqın xalq səfərbər qüvvələrinin bu ölkənin bütövlüyü və terrorçular qarşısında müdafiəsindəki dəyərli rolunu yüksək qiymətləndirərək, deyib: "Mərcəiyyətin xalqı səfərbər etmək və Həşdə Əl-Şəbini yaratmaqdakı təşəbbüsü ağıllı bir addım idi ki, İraq xalqı və ölkəsi üçün çoxlu nemət və bərəkət gətirdi".

Teqlər